Respublikanın əsas səhnəsi sayılan Heydər Əliyev sarayında konsertə hazırlaşan Miri Yusif bu gün pərəstişkarlarını sevindirəcək xəbərlə çıxış edib.
Oxu.Az-ın məlumatına görə, sevilən sənətçi planlarında dəyişiklik edərək iki gün deyil, üç gün konsert verəcəyini açıqlayıb.
Müğənninin ilk baxışdan riskli görünə biləcək bu addımı atmağa iki günlük konsertə demək olar, biletlərin hamısının satılması vadar edib. Sənətinə olduğu kimi, “ruh əkizləri” adlandırdığı fanatlarına da böyük hörmətlə yanaşan Miri Yusif hər zaman onlarla ünsiyyətdə olmaqdan zövq aldığını və hər konsertdən sonsuz enerji topladığını durmadan vurğulayır.
Sənətçinin sözlərinə görə, o, Miri Yusif musiqisini sevən və onu səhnədə izləmək arzusunda olan hər bir pərəstişkarını konsertdə görmək istəyir. Məhz buna görə də, konserti 8, 9 və 10 dekabr tarixlərində, yəni üç gün keçirmək qərarına gəlib.
Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də müğənniyə əsas dəstək verən “SS Production”dur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub