Bir neçə gün öncə "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovu qaçırmaqda şübhəli bilinən tanınmış müğənni Fədayə Laçının ölüm xəbəri yayıldı. Lakin sonradan məlumatın yalan olduğu üzə çıxsa da bəzi məqamlar üstüörtülü qaldı.
Mynews.az bildirir ki, məsələ ilə bağlı BiG.Az-a danışan Fədayə Laçının vəkili Türkel Süleymanlı ölüm xəbərini yayan və bunu özünə reklam qazandırmaq məqsədi ilə edən şəxslər barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirdi: "Hazırda Fədayə xanımın səhhəti nasazdır. Yəni bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq mühafizə orqanlarına faktlarımızı təqdim edəcəyik. Əgər ölüm xəbərindən gedirsə bunu etmək cinayət xarakteri daşıyır. Kiminsə yalandan, reklam xarakterli ölüm xəbərini yaymaq olmaz. Bundan Fədayə xanımın ailəsi çox sarsılıb.Heç bir rəsmi mənbəyə istinad etmədən belə məlumatları yaymaq olmaz.
Fədayə xanımın işi isə hər kəsə məlum olan bir işdir. Proses və istintaq 2018-ci ilin ortalarına qədər çəkə bilər. Hələ ki, heç bir yeni gəlişmə yoxdur. Ola bilər gələn həftə üçün hər hansısa bir yenilik olsun. Əgər hər hansısa bir yenilik olarsa biz dərhal məlumat yayacağıq".
1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1229 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1165 dəfə oxunub
3
Bakıda avtobusda sərnişin ÖLDÜ
1161 dəfə oxunub
4
“Qalatasaray”ın rəqibi bu iki klubdan biri olacaq
1143 dəfə oxunub
5
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1135 dəfə oxunub