“ATV” kanalında yayımlanan “Ögey ana” filmində Cəmilə obrazını canlandıran Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın qolu sınıb.
Mynews.az-ın Yeniçag.az-a istinadla məlumatına görə, təcili xəstəxanaya aparılan S.Məmmədovanın qolu gipsə salınıb.
“Qolum evdə sınıb. Amma “Ögey ana” filminin ssenarisində də yıxılmaq səhnəsi vardı. Elə oldu ki, üst-üstə düşdü. Sümük hələ bitişməyib. Gördüyünüz kimi, qolum gipsdədir”, - deyə o bildirib.
Qeyd edək ki, ssenariyə görə, nənəsi Cəmiləni itələyir, o da pilləkənlərdən yıxılır. Sözügedən səhnəni oynayan zaman isə aktrisanın qolunda heç bir sarğı olmayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub