USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Evli ikən mənimlə oldu, hamilə qaldı" Aktrisanın ərindən keçmiş arvadına şillə kimi cavab - VİDEO

19:04 18.11.2017
"Evli ikən mənimlə oldu, hamilə qaldı" Aktrisanın ərindən keçmiş arvadına şillə kimi cavab - VİDEO
19:04 18.11.2017

Aktrisa Yeliz Yeşilmeni aldatdığı iddia edilən əri Ali Uğur Akbaş keçmiş arvadının ittihamlarına cavab verib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ali Uğur Akbaşa aid olduğu iddia edilən yazışmalar bir neçə gün öncə sosial şəbəkəyə sızmışdı. Xəyanətə məruz qaldığı deyilən Yeliz Yeşilmen: ''Bu, məşhur və istedadlı olan olan hər insana qarşı qurulan "tələ"dir, montajlı fotolar var. Heç bir şey yoxdur. Nə ərimi, nə də özümü qurban vermərəm. Buna heç kimin gücü də çatmaz. Vəziyyəti aidiyyatı qurumlara xəbər verdik, şübhələndiyimiz şəxslər var'', - açıqlamasını etmişdi.

Yeliz Yeşilmenin "şübhələndiyimiz şəxslər var" açıqlamasıyla Ali Uğur Akbaşın keçmiş həyat yoldaşı Gülbin Vardarı nəzərdə tutduğu iddia edilir. Mövzuyla əlaqədar ilk dəfə "Duymayan Kalmasın" proqramında açıqlama verən Gülbin Vardar çox danışılacaq açıqlamaları ilə yadda qalıb:

"Mənim yaşadıqlarımı o da (Yeliz Yeşilmen) yaşasın istəyirəm. Çünki mən az əzab çəkmədim. İki uşağımla yeni həyata başlamaq məcburiyyətində qaldım. Baxın, onun da 2 uşağı var indi. Eyni taleyi yaşayacaq, bu talehi yaşamamış ölməyəcək. Çünki mən çox pis şeylər yaşadım, çox çəkdim. Bəli, bu mesajlar mənə də gəldi. Keçmiş ərim bir qadınla özünü (Yeliz Yeşilmen) aldadırmış. Biz bunu onsuz da aylar öncədən bilirdik. İndiki mövzu deyil ki!"

Yeliz Yeşilmen və keçmiş həyat yoldaşı Gülbin Vardarın qarşılıqlı ittihamlarından sonra Ali Uğur Akbaş danışıb: "Mən evli ikən Gülbin mənimlə birlikdə oldu. Evli ikən Gülbinlə intim münasibətdə oldum. Hamilə qaldı və ilk həyat yoldaşımdan belə ayrıldım. Mən Gülbindən ayrıldıqdan 1.5 il sonra Yelizlə tanış oldum, Yelizi evli adamla bərabər olan qadın olaraq təqdim etməyə çalışır indi". 


Xəbər lenti

300x200r