“ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.
Mynews.az-ın məlumatına görə, sənətçi sıralamaya Sevda Yahayevadan başlayıb. O, Yahyayevanın “Sən ola-ola” mahnısını pillədə sonuncu yerə qoyub:
“Sevmədim Sevdanın bu mahnısını. Mahnıya cəmi bir dəfə qulaq asaram. Faiq Sücəddinov axır vaxtlar şou-biznesə yaman mahnılar verir. Bəs mənə niyə birini vermirsən? Mahnı var ki, qulaq asırsan adamı qıdıqlayır. Bu, məni qıdıqlamadı. Doqquzuncu yerdə Zülfiyyə xanbabayeva olsun. Zülfiyyə xanım, buna görə məndən küsəcəksiniz? Siz də mənim mahnımı ən axırıncı edərsiniz”.
Səidə onluğun səkkizinci pilləsinə İradə İbrahimovanı layiq görüb:
“Savadlı mahnıdır. Yeni işləri ilə uğurlu olsa, həmənki İradədir. Amma bu təqdim etdiyi indiki gündəmin mahnısı deyil”.
Sultan əməkdar artist Röyanı yeddinci yerə ataraq, onunla dost olmadıqlarını söyləyib:
“Biz rəfiqə deyilik, dost olmamışıq. Bir-birimizə hörmətimiz var. Röyaya deyəndə mahnı xoşuma gəlmir, xətrinə dəyir. Amma nə edim məni qıdıqlamadı da... Balacadan böyüyə hamı “Basdalama damarımı”nı bilir. Onu altıncı pilləyə qoyuram. Rəhimlə dost deyilik, məclislərdə görüşürük. Niyam Salamini verilişdə Rəhimin pisləməsinə qarşı olmuşam. Amma buna görə küsülü deyilik.
Kərim Abbasov mənim keçmiş dostum olsa da, indi onu silib ata bilmərəm. İllərlə danışmamışıq. Qəmli mahnıları sevmirəm. Kərimin mahnısı adamı oynadır, ona görə də beşinci sıradadır".
Azəri Günel Zeynalovanın "Azılı bela" mahnısını dördüncü sıraya qoyan sənətçi "Axı sözləri qəmlidir" sualına belə cavab verib:
"Nə olsun Ədalət Şükürov "İtirdim" oxuyur, hamı oynayır. Bu da belədir. Miri Yusifin fanatı deyiləm. Amma “Oyna” qulağıma xoş gəldi, üçüncü olsun. Günayı sevirəm, repertiarını bəyənirəm. İkinci pillədə günay İbrahimli qalsın".
Səidə sıralamada Aygün Kazımovanın "Sus" mahnısını birinci edib:
"Gözümü açıb gördüyüm müğənni, sözünü deyən Aygün Kazımova. “Sus” çıxanda dedim ki, Aygün gəldi".
"Manana, istəyirsən küs. Bu ifanı Mananaya yaraşdırmıram. Daha yaşı az olan oxusaydı, yaraşardı. Çoxdandır hit oxumur. Manana, bağışla amma...” deyib, müğənni onu onluqdan uzaqlaşdırıb.