"Bir zamanlar vücuduma nifrət edirdim, utanırdım. Mənə lağ edirdilər, ələ salırdılar. İndisə vücudumla fəxr edirəm".
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, 25 yaşlı amerikalı Cevels Mazay belə deyir.
O, İnstagram-dakı profilində çılpaq fotolarını yayıb.
"Bu fotolar vücudundan çəkinən kök qızlara mesajdır. Utanmayın! Mənə atılan hər daşdan pillə kimi istifadə edərək yüksəldim", - Cevels yazıb.