"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan tanınmış reper Anar Nağılbaz maraqlı açıqlamalar verib.
Uzun müddətdir susqun olan və "Aytənim" mahnısı ilə yaradıcılığına yenidən start verən reperin canlanmasının kökündə nəyin dayandığından danışdı:
"Yeni mahnım "Aytənim" adlanır. Bir günə ərsəyə gələn işdir. Bu sadəcə başlanğıcdır. Bizim işlərimiz çox olacaq: Ürəyimizə od salan hisslər bizi yeni işlərə vadar edir. Mən bu eşqə minnətdaram, yarıma minnətdaram. Biz ikimiz də bir-birimizi çox istəyirik. Həyatımda yeni dönüş var. Bunlar hamısı xeyirliyə doğrudur. Toy olacaq".
Uzun müddətdir həyat yoldaşından boşansa da, mediyada şişirdilib təqdim olunmayan ayrılıqdan sonra reper yeni sevgilindən danışdı:
"İki ilə yaxındır ki, keçmiş həyat yoldaşımla birgə yaşamıram. Bir il əvvəl isə rəsmən boşanmışıq. Aytənimlə 6-7 aydır ki, tanış olmuşam. Onu çox sevirəm. Keçmiş həyat yoldaşım və övladlarımla münasibətim normaldır. Sadəcə həyatımda yeni sevgi var".
O, övladlarının bu münasibəti necə qarşılamasından bəhs edib:
"Qızım balacadır. Başa düşməz. Ancaq oğlum normal qarşılayır. Bu barədə aramızda söhbət olub, demişəm. Bu klipin ardı olaraq, ABŞ-a səfər gözlənilir. Orada yeni iki klipin və bir kiçik filmin çəkilişi olacaq".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.