Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə bağlı paylaşım edib.
Mynews.az-ın məlumatına görə, aparıcı həyat yoldaşına sevgi etirafı edib:
“Ailə” kəlməsini hərə bir cür anlayır. Ailə sevgi və hörmət deməkdir. Ailə çətin gündə də, xoş gündə də bir yerdə olmaq deməkdir. Bura müqəddəs bir ocaqdır. Ailə bir qaladır, ora kimsəni buraxmaq olmaz! Çünki ətrafımızda xoşbəxt olmayan, əri tərəfindən sevilməyənlər və ya o sevgini görməyənlər var. Təəssüf ki, belələrinin arasında “Mən xoşbəxt deyiləmsə, o niyə xoşbəxt olmalıdır” deyib şeytan düşüncələriylə daha bir ailənin bədbəxt olmasını istəyənlər var. Ona görə də, “ailə qaladır” deyimini əsas götürüb ora kimsəni buraxmayın…
Nə yaxşı ki, həyatımızdasan, nə yaxşı ki, əkizlərimin atasısan. Rəbbim səni ailəmizin üstündən əksik etməsin”. (axşam.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub