Xəbər verdiyimiz kimi, xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verib.
Ayın 22-nə təyin edilən məhkəmə prosesi təxirə salınıb. Aktrisanın həmkarından 200 min manat təzminat tələb etməsinə R.Məlikin vəkili Türkel Süleymanlı belə münasibət bildirib:
"Bildiyiniz kimi, xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Malikə təzminat davası açaraq 200 min pul istəyib.
Biz də qarşı tərəfi Ramiz Məlikova qarşı nalayiq ifadələr işlədiyinə görə məhkəməyə verə bilərik. Ramiz Məlik öz böyüklüyünü, ağsaqallığını göstərərək Məleykə Əsədovadadan sosial şəbəkə vasitəsi ilə üzr istəmişdi. Teatrda da bu məsələ ilə bağlı söhbət getdi ki, barışıq olsun və xoşagəlməz münasibət aradan qaldırılsın.
Lakin bir halda ki məsələ məhkəməyə kimi getdi, o zaman biz də Məleykə Əsədovaya təzminat davası açacağıq. Məbləği üzərində iş gedəndə bildirəcəyik. Məleykə Əsədova Ramiz Məlikə zəng edib onu ailəsini, qızlarını təhdid edib. Əgər Ramiz Məlikə hər hansı bir narazıçılğı var idisə görüşüb məsələ aydınlıq gətirə bilərdi. Sözünüz Ramiz Məliklə düz gəlməyibsə ailəsinin qızlarının burda nə günahı var?
Məleykə Əsədova 20-25 ildir bu sənətdədirsə, Ramiz Məlik 50 ildir ki, bu sənətə can qoyub. Onun statusu Məleykə Əsədovadan az deyil.
Biz yenə də barışıq istəyirik, qarşı tərəf isə dava açıb təzminat istəyir. İddia olunan təzminat ödənilməyəcək, çünki hamı bilir ki, aktyorun maaşı nə qədərdir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub