Əməkdar artist Rühəngiz Musəvi "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub.
BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan müğənni qızı ilə münasibətlərindən də danışıb. O bildirib ki, qızı ilə rəfiqə kimidir:
"Hər ailədə olduğu kimi mənim də qızımla söz-söhbətim olur. Qızımla rəfiqəyik, hər problemlərimizi də birgə həll edirik".
Ailə qurmağı düşünməyən müğənni şəxsi həyatından da söz açıb. R.Musəvi söyləyib ki, həyatında sevdiyi şəxs var:
"Yenidən ailə qurmağı düşünmürəm. Artıq 2 dəfə ailə qurmuşam və uğursuz alınıb. Lakin sevginin yaşı yoxdur. Əgər ürək cavandırsa hər yaşda sevə bilər. Sevdiyim insanı da əlimdə saxlamaq üçün heç bir şey etmirəm. O, məni elə çox istəyir ki. Hətta deyim ki, onun məni belə dəlicəsinə sevməsi üçün xüsusi nəsə etməmişəm və sınamamışam".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub