Ötən gün "5/5"-də Musa ilə Zaurun qonağı olan Təranə Qumral efirdə verilişə təşrif buyuran gənc ifaçı Orxan Babazadənin qızıl ayaqqabısının olduğu haqda xəbərlər eşitdiyini deyib.
Bu məlumatı ilk dəfə eşidən Zaur təəccüblü şəkildə Orxana "O ayaqqabını efirə gətirdək" təklifi edib.
Sonradan məlum olub ki, Orxan məhz qızıl ayaqqabısı ilə efirə gəlib. Zaur canlı yayımda müğənninin "Qızıl ayaqqabısını geyinib, gəlib. Gizlədirmiş! Ayaqqabını çıxart, qoy mənim də ayağıma qızıl ayaqqabı dəysin" deyərək ayaqqabısını çıxartdırıb. Müğənninin sözügedən ayaqqabısının bir tayını geyinən Zaur Kamal ayaqqabının ayağına böyük olduğunu "Buna mən heç 300 manat da vermərəm. Bunu nə ağılla verib o?! Qaloşdu e..., qaloş! Ayağımdan çıxır" sözləri ilə ifadə edib.
Ayaqqabıdakı qızılı sökmək istəyən aparıcı əlinə götürdüyü dəmir parçası ilə buna ciddi cəhd edib. Daha sonra bu fikrindən daşınan aparıcı müğənninin ayaqqabısının tayını özünə qaytarıb.
Qeyd edək ki, Orxan Babazadə qızıl ayaqqabını xarici ölkədə adını açıqlamadığı bir şəxsin ona borcu əvəzinə verdiyini bildirib. O, ayaqqabının qiymətinin təxminən 10 min dollar olduğunu da sözlərinə əlavə edib.
Maraq üçün bildirək ki, gənc ifaçı tanınmış iş adamının övladıdır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub