"Orxan İlhamənin yaxını ola bilməz. İlhamənin yaxınları mənəm, qaynım Eldar İsmayılovdur və qızım Samirə Mirəliyevadır”.
Bu fikirləri tanınmış müğənni Əli Mirəliyev deyib. O, qeyd edib ki, mərhum İlhamə Quliyevanın mirası üstündə dava gedir: " Orxanın anası İlhamə xanım deyil. Onun anası Nadirova Lalə İlyas qızıdır. Orxan İlhamə Quliyevanın xalasının nəvəsidir. O, mirasa yiyələnmək üçün yas verir. Deyir 10 min manat xərcləyib. Onun heç 10 min biti yoxdur. Orxan belə açıqlamalar verir ki, onun var dövlətinə yiyələnsin”.
Ə.Mirəliyev mərhum xalq artistinin sabah keçiriləcək yas mərasiminə qatılmayacağını vurğulayıb:
"Nəinki sabahkı, onların təşkil etdiyi məclislərin heç birində iştirak etməyəcəm. Sabahki mərasimin İlhaməyə aidiyyatı yoxdu. Onlar kimdir ki, İlhamə Quliyevanın il mərasimini keçirsinlər? Bu insanlar İlhamənin düşmənidir. Mən qızım və qaynımla qəbr üstünə gedib yasin oxudacağam. Heç özlərinə əl qatmasınlar, miras onlara qalmayacaq”.