Tanınmış müğənni Xatirə İslam çöpçülərin dələduzluğunu ifşa edib.
Sevilən müğənni Xatirə İslam öz İnstaqram səhifəsində yaşlı çöpçü tərəfindən azyaşlı uşağın çöpünün çıxarılmasının videogörüntüsünü paylaşıb.
Sürəti yavaşladılaraq verilən videoda çöpün fırıldaqçı qadının özünün ağzından çıxardığı açıq-aşkar görünür. Müğənni videonu yerləşdirərək camaatın fırıldaqçı çöpçülər tərəfindən aldadılmasına etiraz edib.
Xatirə İslamın paylaşımını və videonu sizə təqdim edirik: "Bakida olan çöpçülər usaqlarımızın agzına tüpürür. Biz də onlara pul veririk ki, onlar 3 mərtəbəli villada yaşasinlar. Nərimanov rayonunda yaşayan bu nənə 3 gun evvel bizim prodüser Azikin balasinin çöpünü çıxararkən lentə alınıb. Dözə bilmədim Azik, qoy xalq bilsin və belə şeylərə inanmasın. Camaat yazıqdır”.