Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evlilik verilişinə qatılan azərbaycanlı "çempionun" yalanı ortaya çıxdı - VİDEO

Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı bəy namizəd Əlinin yalanı ortaya çıxıb.
 
 Ciu-citsu idman növü üzrə dünya kubokunun sahibi olduğunu söyləyən Əlinin yalanını Azərbaycan Ciu-Citsu Milli Federasiyasının prezidenti Mirəli Seyidov ortaya çıxarıb. O, oxu.az-a açıqlamasında gənc oğlanın yalan danışdığını bildirib.
 
Federasiyanın vitse-prezidenti, Braziliya Ciu-Citsusu Departamentinin rəhbəri Azər Bəydullayev isə məsələ ilə bağlı bunları söyləyib:
 
"Həmin şəxs nə federasiyanın, nə də yığmanın üzvüdür. Yığmanı formalaşdırmazdan bir il əvvəl Gənclər və İdman Nazirliyinə hesabat veririk. Tutaq ki, yığma 10 nəfərdən ibarətdirsə, hər birinin adı, soyadı nazirliyə təqdim olunur.
 
Məlum məsələdir ki, Dünya çempionatına heç kəs özbaşına qatıla bilməz. İlk növbədə yığmanın üzvü olmalı, Bakı və Respublika çempionu adını qazanmalı, təlim-məşq toplantılarından keçəməli, daha sonra Dünya çempionatına yola çıxmalıdır”. 
 
Xəbər verdiyimiz kimi, Əli adlı azərbaycanlı şəxs Türkiyənin "Star TV” televiziyasında yayımlanan "Zuhal Topalla” evlilik verilişinə qatılıb. O, proqramda uzun müddətdir iştirak edən həmyerlimiz Naz Milanı bəyəndiyini söyləyib. Nazın ona elçi düşən həmin oğlana cavabı isə "xeyr” olub.
 
Əli həmçinin canlı yayımda Braziliya ciu-jitsusu ilə məşğul olduğunu, Dünya Kubokunu qazandığını, Azərbaycan birincisi və ikincisi olduğunu bildirib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...