Keçmiş millət vəkili Gülər Əhmədova aktrisa Pərvin Abıyevanı tənqid edib.
Mynews.az ın məlumatına görə, Abıyevanın Türkiyə mediasında azərbaycanlı kişiləri tənqid etməsi Gülər Əhmədovanı qəzəbləndirib.
O yazıb: Bu pərvinlər göydən düşmür, onlar bütün dünyada və ölkələrdə var. Bu əyalət pərvinlərinin böyük meqapolislərdə yaşadıqları "uğur" eyforiyasının xarakterik xüsusiyyətləridir. Əgər zamanında bu pərvinləri öz xalqı, milli mənsubiyyəti, dili, mədəniyyəti, adət-ənənləri ilə fəxr etməyi öyrətsəydik, o da osmanlı kultu qarşısında əyilib əzilməzdi. Əslində, o özü də hiss etmədən böyüdüyünü düşündüyü vaxtda "Hürriyət" yazarı tərəfindən çox pis əzilir, kiçildilir. Əlbəttə ki, o bunu çox az müddətdən sonra heyran olduğu şəhərdə heyran olduğu şəxslər tərəfindən hiss edəcək və eşıdəcək. Amma,maləsəf( türkün sözu))). Sonrakı peşmançılıq fayda verməyəcək.