USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Rəhimin bu sözləri Güneli özündən çıxaracaq: "Bu qıza əsəbiləşirəm" - VİDEO

12:09 27.11.2017
Rəhimin bu sözləri Güneli özündən çıxaracaq: "Bu qıza əsəbiləşirəm" - VİDEO
12:09 27.11.2017

“ATV maqazin onlarla” verilişinin "Hid parad" rubrikasının qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub. 

Mynews.az-ın məlumatına görə, sənətçi qar.ısına qoyulan on mahnını sıralamaqla yanaşı qalmaqallı açıqlamalar da verib. Rəhimli ilk olaraq Azəri Günel Zeynalovanı tənqid edib.

O, Günelin atdığı bütün addımları yanlış hesab etdiyini deyib:

“Yaradıcılığı ilə çox maraqlanmıram. Rza Zərrabın mahnısını oxumuşdu, bircə onu xatırlayıram. Bu qıza əsəb oluram. Seçimi hər zaman yanlışdır. Ya mahnısı yanlış olur, ya da klipləri o səviyyədə olmur. “Azar” mahnısı Günel üçün deyildi. Çıxdığı proqramlar da yanlış seçilir. Seda Sayanın verilişinə getmişdi qalmaqal yaşanmışdı. Başqa bir proqramda da xoşagəlməz hal yaşanmışdı. Hər kəs fikrimə hörmət etsin. Burada dediyim sözlərə görə, sabah cavab verməsinlər ki, özündən xəbəri yoxdur. Mədəniyyətsiz fikirləri kənara qoysunlar".

İradə İbrahimovanı doqquzuncu pilləyə qoyan müğənni onun yaradıcılığını natamam adlandırıb:

"İradənin mahnısındakı mövzu çox işlənib. Elə bir mahnı yazılmalıydı ki, hamısını keçməliydi. Olmadı... Hazırki yaradıcılığını yarımçıq görürəm".

Küsülü olduğu Kərim Abbasovu səkkizinci pilləyə qoyan R.Rəhimli bunları deyib:

"Niyamla Kərim bir şou çıxartmışdı. Kərim deyirdi Niyam adlı adam tanımıram, cindir, şeytandır. Sonra görürsən birlikdədirlər. Niyam Kərimsiz, Kərim Niyamsız qala bilmir. Məni də qatdılar aralarına. Axır-əvvəl görüşəcəyik bunlarla. Kərim qəribə insandır, fikrini deyəndir, düşünməz ayıbdır. Çalışıram üz-üzə gəlməyim. Milyonlar önündə çirkab mövzular danışmaq, ikisinə də yaraşmazdı".

Rəhim Sevda Yahyayevanın mahnısının mövzusunu bəyənməyərək onu yeddinci edib. Sənətçi günay ibrahimlini altıncı pilləyə layiq gördüyünü deyib:

"Günayın mahnısı altıncı yerdədir. Günaydan ona mahnı yazmağımla bağlı təklif gəlmişdi, yaza bilmirdim. Yazdığım mahnıda Günayı görmürdüm. Yüksək zirvələrə qalxacaq potensiala sahib müğənnidir. Amma yazdığım mahnı Günayı itirərdi".

Rəhim beşinci yerə layiq gördüyü Röya Ayxanla dostluğunun bitməsindən bəhs edib:

"Röya ilə dostluğumuz əvvəlki kimi deyil. Heyfslənirəm şou-biznesdəki bəzi dostluqlarıma görə. Bir qabdan yemək, duz-çörək kəsmək... Bu olmasaydı, dostluğumuz davam edərdi. Eləcə də Röya ilə...".

Müğənni Namiq Qaraçuxurlunu dördüncü pilləyə layiq görüb. Xalq artisti Zülfiyyə Xanbabayevanın mahnısını bəyəndiyini deyən Rəhimli onu üçüncü yerdə qərarlaşdırıb.

Sənətçi Miri Yusifin mahnısını bəyəndiyini söyləyib və onu ikinci edib:

"Onun bütün mahnıları bir-birinə bənzəyir. Amma səs tembri elədir ki, ondan artığını edə bilmir".

R.Rəhimli Aygün Kazımovanın "Sus" mahnısını çox bəyəndiyini deyib:

"Bu mahnı hitdir. Aranjimanı, hər şeyi möhtəşəmdir. Ona görə də birincidir".

İfaçı küsülü olduğu Niyam salamini isə "Hid-parad"dan uzaqlaşdırıb.  (axşam.az)


Xəbər lenti

300x200r