“Vətənim Sənsən” serialının baş rol ifaçısı Bergüzar Korel çox işləməkdən gileylənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Halit Ergençlə “Vətənim sənsən”də tərəf müqabili olan aktrisa rolunun azaldılmasını tələb etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib: "Mən rolumun deyil, iş saatının bir qədər azaldılmasını istədim. Nəticə etibarı ilə eyni evdən iki nəfər çalışır. Mən də o evin anası olduğum üçün belə bir xahiş anlaşılandır. Oğlum Əliylə daha çox vaxt keçirməliyəm".
Kino ulduzu serialdakı təcavüz səhnələri haqqında da danışıb: "Biz serialda hər şeyi bütün gerçəkliyi canlandırmağa çalışırıq. O səhnələr də o dövrdəki qadınların yaşadığı real hadisələrdir. Məncə, müzakirə edilməli daha mühüm səhnələr var".
Korel hamilə olması ilə bağlı yayılan şaiyələrə də münasibət bildirib: “Allah nəsib edərsə, olar. Lakin hələlik elə bir şey yoxdur".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub