Azərbaycanın əməkdar artisti Röya Ayxanın sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. Onun ağır xəstəliyə düçar olduğu deyilir.
Mynews.az bildirir ki, yenicag.az-a açıqlama verən müğənnini yaxın dostu Kənan Bayramovun xəbərə münasibəti belə olub:
"Bu xəbərlər hardan çıxır bilmirəm. Röya bu dəqiqə qonaqlıqdadır, başı Türkiyədən gələn qonaqlarına qarışıb. Bilirsiniz yəqin, Türkiyədən Nihat Odabaşı gəlib. Klip çəkilişlərinə hazırlaşırlar. Nə xəstəlik, bu hardan çıxdı? O sənət adamıdır, həmişə arıq olub. Adam ölür də, arıq olmaqdan ötrü. Kofe ilə dolanan adam necə olar? Röya xarakter etibarı ilə az yeyən adamdır. Səhərlər kofe içir, gün ərzində də heç nə yemir. Dostları ilə oturanda məcbur nəsə atışdırır. Belə mənasız, əsası olmayan xəbərlərə gülməyim gəlir ".
Qeyd edək ki, azxeber.com saytı müğənninin xeyli arıqladığını və uzun müddətdir ki, xəstəlikdən müalicə aldığını yazıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub