USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Pərvin bu dəfə Şeyx Əbdüllə qalmaqal yaşadı "Düşüncəsiz..."

11:49 28.11.2017
Pərvin bu dəfə Şeyx Əbdüllə qalmaqal yaşadı "Düşüncəsiz..."
11:49 28.11.2017

Aktrisa Pərvin Abıyeva bu dəfə əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudovla qalmaqal yaşayıb.

Mynews.az-ın məlumatına görə, Pərvinin Azərbaycan kişiləri haqda dediyi “Bizim Azərbaycan kişiləri biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər” sözlərini bir çox məşhur tənqidi münasibət bildirib.

Şeyx Əbdül “aznews.az”a açıqlamasında aktrisa haqda “Kino, sənətlə məşğul olan adamlar əxlaqsız, mənəviyyatsız söhbətlər etmirlər. Bəziləri kiminsə hesabına yaşayanları, kiminsə hesabına qadın olanları gətirib efirə çıxaranda axırı belə olur. Küçənin adamları kiminsə qucağında, kiminsə yatağında olandan sonra gəlib güya sənətlə məşğul olurlar, belələri nəinki Azərbaycan kişisini hətta xalqını da təhqir edir... Görün o, nə qədər əxlaqsız, mənəviyyatsız, savadsız qadındır. Başa düşmür ki, bizim hamımız türkük. Hansısa özü kimi səviyyəsiz bir gədəyə rast düşübsə o, Azərbaycan kişisinin obrazı deyil...” sözlərini deyib.

Son günlər adı ancaq qalmaqallarda hallanan P.Abıyeva aktyoru bu ifadələrinə görə təhqir edib. O, İnstaqramda paylaşım edərək bunları yazıb:

“50 dəfə dedim ki, müsahibə qarışıb, iki sualın cavabı bir anda verilib. Azərbaycan kişisi heç bir ölkə ilə müqayisə olunmayıb. O sözlər bütün kişilərə aid deyildir, mənə əxlaqsız sözlər yazanlara aid idi. İndi ki, sən bu yaşda bu qədər düşüncəsiz kişisən... Dərinliyini, öyrənib bilmədən, mənə əxlaqsız, həşərat, bu kimi aşağılayıcı sözlər deyirsən, özünə layiqli cavabı al. Sən kimsən mənə bu sözləri deyirsən? Yetənə yetirsən, yetməyənə daş atırsan. Yığışdır özünü. Ayıb olsun ki, ayağın boyda uşaqlarla gündəm olursan. 

Elməddindən (aktyor Elməddin Cəfərov - red.) qurtarıb mənə keçdin? Sən məni tanımırsansa, mən səni dünəndən tanımıram. Qoca kişisən, ağzının danışığını bilmirsən. Erməni kişilərini sənin əzizlərin tərifləyər. O dövrdə sən və sənin yaxınların yaşayıb. Elə bu cür düşüncələrlə sən belə o saytda yazılanların nə dərəcədə düz olduğunu sübut elədin. 

Bir də mənim haqqımda ağzını açsan, səni də məhkəməyə verəcəm. Qoca yaşında cavanlara söz atmaqdansa, get nəvələrini böyüt. Böyüksən böyüklüyünü bil. Sənə heç kim ixtiyar verməyib ki, mənə bu təhqirləri deyəsən. Mən o böyüklərimin qarşısında susaram ki, haqlıdır, yaxşılığı düşünür. Amma sənin kimi düşüncəsizlərin qabağında yox. 
Sənin savadın, müdrikliyin olsaydı, bu sözləri deməzdən qabaq soruşardın ki, siz əminsiz bu qız belə deyib? Bəlkə də hamıya deməyib. Bəlkə bir dəqiq öyrənin... Amma yox, sənə ömür boyu gündəm lazım olub. Bu yaşda gündəmi neynirsən başa düşmürəm".

P.Abıyeva sonradan bu paylaşımını silib.


Xəbər lenti

300x200r