“Yeşilçam”ın “Qızıl uşağı” ləqəb ilə tanınan Göksel Aksoy Türkan Şorayın ayağını çimdikləməsindən danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı aktyor “Nə şəkər şey” filminin çəkiliş meydançasında yaşadıqları hadisəni də oxucuları ilə bölüşüb. Göksel Aksoyun xatirələr kitabında Türkan Şoray haqqında maraqlı məqam diqqət çəkib.
Filmdə qulluqçu rolunda yer alan Türkan Şoraya ssenariyə əsasən çimdik atması lazım olduğunu bildirən Göksel Arsoy xatirələrini belə danışıb:
"Türkan xidmətçi rolunu oynayırdı. Mənim yanımda yemək servis edərkən ssenariyə əsasən masa altından əlimi ətəyinin içinə salıb ayağını çimdiklədim. Türkan elə qışqırdı ki, hər kəs təəccübləndi. Sən demə, mən çox yuxarı çıxmışam".
46 illik həyat yoldaşı Soley Arsoy hələ də dəlicəsinə sevdiyini ifadə edən Göksel Arsoy evlilik təklifindən bəhs edib:
"Evlilik təklifini tələbəsi olduğumuz İstanbul Universitetinin həyətində böyük çinar ağacının kölgəsindəki bankda etdim. Nikah zalına dostlarımızdan çoxu daxil ola bilmədi. Fanatlarım nikah dairəsini doldurmuşdular. Hamı çaş-baş idi. Hətta ağlayanlar da var idi. Çoxu Belgin Doruka xəyanət etdiyimi düşündüyü üçün mənə hüznlə baxırdılar”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub