“Cinemzadeh” studiyası tərəfindən istehsal olunan “Kəklikotu” komediya filminin ilk treyleri yayımlanıb.
Ekran əsərində tanınmış simalar yer alıb. Onların sırasında müğənni Nigar Camal, aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.
Yay aylarında ekranlaşdırılan filmdə hadisələr meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlunun başqasına çatacaq bir kisə kəklikotunu yolda satması ilə başlayır. Sonradan məlum olur ki, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş.
Qeyd edək ki, filmin baş redaktoru Xətai Əli, rejissorları isə Cəfər Axundzadə və Vüqar İslamzadədir. Filmin 21 dekabr tarixindən kinoteatrlarda yayımlanacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub