Məşhur müğənni Cavanşır Məmmədov "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub.
BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan məşhur müğənniyə estetik əməliyyatla bağlı ünvanlanan sual onu özündən çıxarıb. Sualı qərəzli qəbul edən müğənni etirazı bildirdi:
"Siz mənim yanımda olmusuz mən əməliyyat edəndə? Mən yalnız saç əkdirmişəm və bu əməliyyatı etdirən ilk adamlardanam. Ehtiyac olsa plastik əməliyyat da etdirərəm, burda nə var ki?"
Tamaşaçılardan biri canlı yayımda Cavanşir Məmmədovun bu cür cavan qalmasının sirrini soruşub. Müğənni isə gənc görünməyini bu cür açıqlayıb:
"Hər səhər ilıq su içmək lazımdır. Heç kəsin arxasıyca dedi-qodu etmək lazım deyil. Ancaq özümü olduğum yaşımdan da qoca hiss edirəm. Cavan vaxtlarımda da özümü yaşlı hiss etmişəm. Necə deyərlər, doğulandan ağsaqqal doğulmuşam".



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub