Məleykə xanım deyir ki, Ramiz Məlikov dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.
Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.
Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.
Məleykə Əsədova Ramiz Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub