USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Mehman Əhmədli Aydının xəstəliyindən danışdı

22:17 29.11.2017
Mehman Əhmədli Aydının xəstəliyindən danışdı
22:17 29.11.2017

Meyxanaçı Aydın Xırdalanlının səhhətindən şikayətləndiyi barədə xəbərlər yayılıb. Meyxanaçı özü bildirib ki, pis vərdişlərə qurşandığı üçün səhhətində problemlər var. 

Yayılan xəbərlərlə bağlı  həmkarı  Mehman Əhmədli ilə əlaqə saxladıq. Meyxanaçı  A24.Az-a  açıqlamasında bildirdi ki, çıxan xəbərlərdən məlumatsızdır və həmkarının vəziyyəti yaxşıdır:

“Çıxan xəbərlər haqqında məlumatım yoxdur, oxumamışam. Sizdən eşidirəm. Halının pis olmasına gəldikdə, Aydın Xırdalanlını 2 gün bundan öncə görmüşəm və dünən də telefonla əlaqə saxladım. Elə bir ciddi problemi yoxdur. Əgər hansısa problemini meyxana ilə bağlayırsa,  buna meyxana nə etsin? Başqa sahələrdə çalışan insaların problemləri olmur ki? Meyxana Azərbaycan ədəbiyyatının bir qoludur. Bəli Aydın arıqlayıb, amma bu o demək deyil ki, o ağır vəziyyətdədir. İnsandı da, özünə baxmayıb arıqlayıb. Toylarla bağlı dediklərinə gəldikdə isə, bəli, meyxanaçılar, musiqiçilər toylara gedir. Toylardan yorğun gəlirik. Elə olur ki, səhər gəlib çıxırıq evə. Fərq etmir, gələn kimi yatırıq. Nəisə qəbul edib yatmırıq. Elə şey yoxdur bizdə. Hər şey insanın özündən asılıdır. Bu hər bir peşəyə aiddir. İnsan istəyər nəsə qəbul edər, istəməz etməz. Misal üçün mən, hazırda nə içki içirəm, nə siqaret çəkirəm, nə də ki, narkotik maddə qəbul edirəm. İnsanlar toylarda yeyir- içir, nəisə edirsə,  bu artıq onun problemidir. İnsan Bir şeyi  marağında olduğu üçün seçir. Fərqi yoxdur bu siqaretdir, içkidir və ya narkotik maddədir.  Dediklərimi Aydın Xırdalanlıya şamil etmirəm. Ümumiyyətlə deyirəm”.


Xəbər lenti

300x200r