Azərbaycan şou-biznesinin tanınmış nümayəndələrindən olan Nadir Qafarzadənin evinə oğru girib.
Bunu müğənninin özü ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olarkən deyib.
Qafarzadənin sözlərinə görə, evindən pul oğurlayan şəxs yad adam deyil:
“Bunu mətbuata demədim. Evimdən pul oğurlandı. Amma bu məsələni araşdırmadım. Bildim ki, oğru yad adam deyil. Oğru nə bilir ki, mənim qoyduğum hardasa bir yerdə qızıl, biriliant, pul var. Buna görə də, polisə müraciət etmədim. Utandım ki, oğru birdən qohumum çıxar. Ondan üzüm utandı. Onda Nabranda idik. Evə gələndə pulu axtarmadım. Çünki xərclədiyimiz pul ayrıdır, dar gün üçün yığdığımız ayrı. Oğlumgil İsveçrədən gəlmişdi, ona maşın almalıydım. Maşının pulunu götürəndə gördüm ki, pulu qoyduğumuz boxça yüngüldür. Yaxşı ki, çox aparmamışdılar. Şübhələnməyək deyə, belə etmişdilər. Bir “paçka”dan 30 dənə, birindən 10-dənə aparmışdılar. Bu insan rahat olub. Yaxın adam olub yəni. Bəlkə də evdə çay-çörək də yeyib. Pis hala düşdüm, evdə bağırdım. Çünki illərlə əziyyətlə pul yığ, kimsə gəlib aparsın. Ona görə utandım ki, yaxınımla polisdə, məhkəmədə üz-üzə gəlməyim. Yoldaşımla qərara gəldi ki, bəlkə həmin adam üzə çıxacaq. Hətta sənət dostlarım da dedi ki, gəl polisə müraciət elə. Hadisə avqust ayında baş vermişdi. Gərək başımız daşa dəyəndən sonra evə kamera qoyaq”.
1
“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı
1112 dəfə oxunub
2
TƏBİB sədri vəzifəsindən azad edildi
1101 dəfə oxunub
3
Maqnit qasırğası başlayır - Xəbərdarlıq
1073 dəfə oxunub
4
Sosial şəbəkələrdə saxta kredit elanları verən şəxs saxlanıldı
1024 dəfə oxunub
5
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər AZADLIĞA BURAXILIRLAR
1015 dəfə oxunub