“Allah məni və haqlı olan insanları qorusun. Bu həyat yolunda əlim hər zaman göydədi”.
Mynews.az-ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədiva sosial şəbəkədə yazıb.
Son günlər xalq artisti Ramiz Məliklə adı qalmaqallarda hallanan aktrisa bunları qeyd edib:
“Bu həyat yolunda təkbaşınayam. Üz tutub gedirəm... Çox vaxt kövrəlib, təkbaşına ağlayıb, özüm özümlə danışıb gedirəm... Kim mənim haqqımda danışıb, yaxşı günümə sevinirsə, Allah onu qorusun. Kim mənim haqqımda haqsız danışırsa, pis günümü istəyirsə, onu da Allahım bilsin. Mən kiməm ki... Ən gözəl məhkəməm Allahdır”.
Qeyd edək ki, M.Əsədova onun ünvanına təhqirlər səsləndirən R.Məliki məhkəməyə verərək ondan 200 min manat tələb edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub