Yeşim Hattat (50) gənc bir qadınla eşq yaşadığını iddia etdiyi 25 illik əri olan məşhur iş adamı Osman Hattatdan (58) boşanmaq üçün məhkəməyə müraciət edib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Türkiyə Jokey Klubu (TJK) və "Qalatasaray"ın keçmiş rəhbəri Osman Hattatın boşanmaq üçün məhkəməyə üz tutan həyat yoldaşı ərindən aylıq 40 min TL aliment istəyir. Qadın 85-ci dəfə təşkil edilən veteranların qaçış turnirinin qalibi olan ərinin oradan 1 milyon TL mükafat aldığını qeyd edib.
Qeyd edək ki, boşanma məsəsləsi ilə gündəmə gələn Osman Hattat 25 yaşı olarkən, 1984-cü ildə Hülya Avşar ilə nişanlanmışdı. Ancaq Avşarın İbrahim Tatlıses ilə çəkildiyi "Mavi-Mavi" filmində müğənniylə öpüşmə səhnəsinə görə ayrılmışdılar.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub