“İstəyirəm ki, insanlar mahnıya qulaq asıb, onu qavrasınlar, yalnız bundan sonra yeni mahnı çıxarım. Çünki yeni mahnı çıxan kimi köhnəni qoyurlar bir kənara. Artıq iki yeni mahnım hazırdır. Bu yaxınlarda işıq üzü görəcək. Çox gözəl mahnılardır. Biri sırf sevgidən, o biri isə ayrılıq və peşmanlıqdan bəhs edir”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "Virtual həyat" verilişinə açıqlamasında deyib.
Sənətçi məşhurlara bəxtəvərlik verəndən söz açıb:
“Müğənni ayrı bir biznes qurmalıdır ki, sənətdən gələn pulları işinə sərf eləsin. Biznesdən gələn pulları isə heç olmasa, ayırıb kənara qoya bilsin. Biz müğənnilərə həmişə bəxtəvərlik verirlər: altında maşın, dəm-dəstgah. Amma mən heç bir həmkarımı qınamıram. Çünki özüm əziyyət çəkirəm deyə, onların da əziyyət çəkdiyini bilirəm. Sürdüyü maşınlar da, bahalı evləri də onlara halal olsun. Həqiqətən də, əziyyətli işdir. Bacarana da halal olsun”. (axşam.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub