Rəqqasə Oksana Rəsulova yenidən ərə getmək istəyir.
Mynews.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV maqazin onlarla” verilişində deyib.
O bildirib ki, ailəsinə söz verib, 2018-ci ildə toy etməlidir:
“Düşünürəm ki, mənim üçün artıq başqa həyat başlamalıdır. Valideynlərimə söz vermişəm ki, mənim gələn il ailəm olacaq. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, həyatımda bir insan olsun, mənə dayaq dursun, yanımda olsun və onunla ailə həyatı qurum. Ola bilsin ki, mən böyük, təmtəraqlı toy etmədim".
Qeyd edək ki, Oksana iki dəfə rəsmi nikahda olub. Onun ikinci əri reper Elşad Xose idi.