Xəbər verdiyiçiz kimi, müğənni Natavan Həbibi və reper Dado Əliyev boşanır.
Mynews.az-ın məlumatına görə, ayrılıq xəbərini Natavan yayıb. Dado isə bir neçə gündür zənglərə cavab vermir, bununla bağlı sualları cavabsız qoyurdu.
Reper İnstaqram səhifəsində məsələ ilə bağlı açıqlama yayıb. O, ailə qurması ilə bağlı xəbərlərə, evliliklərinin saxta olması söhbətlərinə cavab verib:
“Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən? Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa danışarıq...
Ortada şər və böhtan var. Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır... Xeyr... Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılmır. Bu nə biabırçılıqdır edirsiniz?
Ailəmə toxunmayın. Nat, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.
Qeyd edək ki, iyulda evlənən cütlüyün ailəsinin saxta olması ilə bağlı iddalar irəli sürülür.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub