“Müalicəm ev şəraitində davam etdirilir. Əvvəllər ayaqlarım və nitqim tutulmuşdu. Artıq açılıb. Lakin nitqimdə hələ də ləngimə, əllərimdə isə keyləşmə var. Səhər və axşam saatlarında isə güclü ağrılarım olur”.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva bildirib.
Xanəndə məktəbli oğlunun səhhəti barəsində də danışıb: “Dərslərinə davam edir. Lakin dərmanlarını səhər saatlarında deyil, məktəbdən evə qayıdandan sonra qəbul edir. Çünki həmin həblər yuxugətiricidir. Həkimlər övladımın səhhətinin zamanla əvvəlkindən daha yaxşı olacağını söyləyirlər”.
Xatırladaq ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndənin 9 yaşlı oğlu Kazım isə 3 yaşından səhhətində yaranan bəzi problemlərə görə müalicə alır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub