Prodüser Təranə Səmədova müğənni Günay İbrahimli ilə bağlı qalmaqallı açıqlama verib.
Mynews.az -ın məlumatına görə, Təranə “Xanım kimi” verilişində ondan incikliyini söyləyib:
“Günay İbrahimlidən ürəyim sınıb, amma küsülü deyilik. Mənim əziyyətimi yerdə qoydu. Olsun... Ona o boyda maddiyatı yatıran, ona respublikada Günay İbrahimli adını təsdiqləməsində kömək edən Nuriyyə Əhmədovanın əziyyətini yerdə qoyub. Mənim əziyyətim nədir ki... Nuriyyə xanım biznes məqsədiylə Günaya külli miqdarda pul xərclədi. Amma Günay onu qaytarmadı. Nuriyyə xanımın pulları və mənim əziyyətim sayəsində o, bu gün Günay İbrahimlidir. Mənim vicdanım təmizdir. Amma Günayın vicdanı ona nə deyir? Ona zəng etdim ki, gəl, Nuriyyə xanımın pullarını qaytar, düşmənçilik olmasın. Haqsızlıq və prinsip üzərində qurulan şeylərin axırı yaxşı bitmir. Axı ortada halallıq yoxdur”.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub