"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan Gülay Zeynallı maraqlı açıqlamalar verib.
Mynews.az bildirir ki, qızına qarşı sevgisini adətən üzdə göstərmədiyini, bir qədər qapalı olduğunu etiraf edən müğənni Gülay Zeynallı buna baxmayaraq, övladı ilə nəfəs aldığını söylədi:
"Mən çox sevinirəm ki, övladımın Kamil kimi atası var. Övladına bağlıdır, onu sevir. Ancaq analar biraz qapalı olurlar. Mən bacımın uşaqlarına qarşı da eləyəm. Onlar xəstələnəndə özümü öldürürəm, ancaq qaçım uşağı öpüm, qucaqlayım, əzizləyim, belə şeylərim yoxdur. Mən təbii ki, övladımla nəfəs alıram. O , mənim canımdır, ürəyimdir. Bəzən instaqramda şəklini qoyanda yazıram ki, sevgim, xoşbəxtliyim. Atası onun şəklini hər an paylaşır. Deyirəm ki, gözlə də bizə də bir şey saxla!"
Qızını lüzumsuz işlərlə yükləmədiyini söyləyən müğənni həyat yoldaşı Kamilin övladına daha çox vaxt ayırdığını bildirdi:
"Qızım atasının idman zalına gedir, oynayır. Kamil də məşqini keçir. Mən uşağı toya apara bilmərəm axı. Anası toyda oxuyur, balası da ortalıqda oynayır. Uşağı 4-5 yaşından özləri ilə ora aparırlar, bura aparırlar. Mən istəyirəm ki, uşağım məktəbə daxil olandan sonra yüklənsin. İndi o bağçaya gedir, bağçadan çıxır, deyir ki, ana filan yerə gedək. Əgər vaxtım varsa, istədiyi yerə aparıram. Mən uşağı başqa işlərlə yükləmək istəmirəm. Qoy uşaqlığını yaşasın".
Gülay Zeynallı ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləməyi unutmayın.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub