“Gündə qohumlardan ən azı 2 şəkil gəlir” Talıb Tale evlilikdən danışdı - VİDEO

803
“Gündə qohumlardan ən azı 2 şəkil gəlir” Talıb Tale evlilikdən danışdı - VİDEO

"Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm".

Bu sözləri "ARB Ulduz"un "Virtual həyat" proqramına açıqlamasında müğənni Talıb Tale deyib.

Evlilik məsələsində günü günə satıb xeyir işini ertələyən Talıb, belə görünür ki, hələ ürəyincə olan bir xanımla rastlaşmayıb:

"Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun də. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb.

Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlilik çox ciddi addımdır. Mənə çox çətin gəlir.

Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur.

Talıb Tale ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

 

Xəbər lenti