Milli.Az xəbər verir ki, aparıcı qonağı Damlaya "Azərbaycanda 1 nömrə müğənni kimdir?" deyə soruşub. Müğənni "Yeni kliplər çəkdirən, tez-tez yeni mahnılar yazdıran bir nömrədir" cavabını verib.
Zaur "Yəni sən?" deyə Damladan soruşub. Müğənni "Mən də o üçlükdə varam. Üçlükdə olmaq özü birinci deməkdir elə" sözləri ilə Zaurun suallarından yaxa qurtarmağa çalışıb.
Lakin aparıcı "Damlanın dediklərindən belə çıxır ki, Azərbaycanda "nömrə 1" mənəm" sözləri canlı yayımda gərginliyi daha da artırıb.
Belə ki, studiyadakı kişi tamaşaçılardan birinin Zaura "Demədi" söyləməsi aparıcını özündən çıxarıb:
- Nətər demədi?! Səni mən görəndə əsəbləşirəm.
Tamaşaçı: Düz söz deyəndə əsəbləşirsiniz.
- Tamaşaçımsansa, mənim sözümə "hə" de.
Tamaşaçı: Elə şey yoxdur.
- Onda niyə gəlmisən bura? Get evində otur bax.
Aparıcı ilə tamaşaçı arasındakı gərginlik bu dialoqdan sonra səngiyib.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub