Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ərə gedir.
Axşam.az-ın məlumatına görə, xanəndənin prodüseri Sultan "Günə son" proqramında toyla bağlı sirləri açıb:
"Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb.
30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək.
Toydan sonra Aygün Bəylər adlı xanəndə artıq olmayacq. O, özü ərə getdikdən sonra müğənnilik etmək istəmədiyini deyib. Yoldaşı qısqanc biridir. İstəmirdim sənəti atsın, amma razılaşmadılar. Toyun təşkilatçısı mən idim, amma imtina etdim. Mətbuat da buraxılmayacaq. Çünki hər tərəfə cangüdənlər düzüləcək".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub