Reper Dado Əliyev müğənni Natavan Həbibi ilə boşanması barədə gəzən söz-söhbətlərə son qoymaq niyyətindədir. Lent.az-ın məlumatına görə, reper bu barədə sosial şəbəkədə yazıb. O bildirib ki, iyulda qurduğu ailə saxta deyil: “Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən məcbur etdim ki, boşanmağımız haqda yazsın. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəblərimizə hakim ola bilmədik. Onu məcbur etsəm də, yazacağına inanmırdım. İkimiz də inadkarlıq etdik. O da yazdı, amma bu haqda danışmağı heç istəmirdi.
Ümid edirəm ki, nə vaxtsa barışarıq. Barışmasaq belə, bu, o demək deyil ki, kimsə ağzını açıb, gözünü yumub danışsın. Qoymaram… Bizi istəyənlər də, istəməyənlər də sağ olsunlar. Gözümüzü bir az da açdınız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik.
İkimiz də ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən çox uzaq olsaq belə… Qalan boş-boş söhbətlərə inanmayın”.
Reper “Natavanla pul qarşılığında ailə qurub” iddialarına da cavab verib: “Mən kişiyəm. “Pula satılan məxluqların söhbəti bizi ancaq güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına toy…
Sadəcə, heyf, indi ailəmlə oturub bunlara gülə bilmirəm. Həmin şeyləri danışan, “özlərini bununla reklam edirlər” deyənlərin başına belə hadisə gəlsə, biz gülmərik. Həyatdır, Allahın qismətidir deyib, xoşbəxtlik arzulayarıq.
Hər şeyin sonu olduğu kimi, mənim də səbrimin sonu var. Mövzu bağlandı.
Susun artıq, imkan verin problemimizi həll edək. Gündə bir söz çıxarmayın. Boşansaq da biləcəksiniz, boşanmasaq da. Bir-birimizi yaxşı tanıyırıq, dediyiniz sözlər aramıza problem salmır. Bunlar sadəcə doğmalarımızı üzür. Sevin, sevilin və sevginizi heç kimin ayağına verməyin”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub