Türkiyənin Radio və Televiziya verilişləri üst qurumu (RTÜK) “Show TV” də yayımlanan “Çuxur” serialını cəzalandırıb.
Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, buna səbəb serialda spirtli içkilərdən istifadə və sevişmə səhnələrinin çox olmasıdır.
Qurum bildirib ki, ekran işinin bu səhnələri uşaq və gənclərin tərbiyəsini pozur. Bu səbəbdən də serial külli miqdarda pulla cərimələnib.
Qeyd edək ki, “Çuxur” sevişmə səhnələrinə görə cəzalanan ilk serial deyil, bundan əvvəl "Aşk-Memnu", "İffet", "Alev Alev", "Asi" , son günlər daha çox izlənən "Fi" və başqa seriallar da bu günədək bu səbəbdən cərimələnən ekran işləridir.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub