Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat

607
Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verib. O, aktrisadan 300 min manat təzminat tələb edir. 

Mynews.az xəbər verir ki, bu barədə Azvision.az-a M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib. Vəkil bildirib ki, tərəflər razılığa gəlmək istəmir və məhkəmə proses davam edəcək.
“Ramiz Məlikin niyə belə reaksiya verdiyini başa düşə bilmirik. Məhkəməyə iddia ərizəsi verib ki, Məleykə xanım onun evinə zəng edərək, həyat yoldaşını hədələyib. Amma əslində, elə olmayıb. Məleykə xanım telefonda deyib ki, Ramiz bəyə ayıb olsun, qeyrətini çəkmək onun işi deyil. Gedişat göstərir ki, tərəflərin bir-birilərinə güzəştə getmək fikri yoxdur. Məleykə xanım nə etdiyini bilir. Amma Ramiz bəyin cavabları anlaşılmazdır. O, birinci məhkəmə görüşündə dedi ki, aktrisaya heç nə deməyib. Əgər heç nə deməmisənsə, niyə üzr istəyirsən?! Əlimizdə saytlardan götürdüyümüz materiallar var. "Fahişə" sözü heç nədir? Dediyini boynundan atır.

Məhkəmə zamanı mən ona dedim ki, ağsaqqal adamsan, növbəti iclasa qədər Məleykə xanımla danış, bildir ki, səhv etmisən. Onu yola gətirməyə çalışdım. Cavab verdi ki, mətbuat vasitəsilə üzr istəmişəm, artıq heç nə edə bilmərəm. Ramiz bəy məhkəməyə müraciət etməkə Məleykə xanıma təzyiq göstərmək istəyir", - deyə Tağı Hüseynov bildirib.

Vəkilin sözlərinə görə, M.Əsədova R.Məliki bağışlamaq fikrində deyil. Növbəti məhkəmə dekabr ayının 19-a təyin edilib: "Böhtan və təhqirlə bağlı məhkəməyə ayrıca müraciət olunacaq. Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci maddə, təhqirlə bağlı isə 148-ci maddə var. Bu maddələri əsas götürərək məhkəməyə müraciət olunacaq. Ramiz Məlik artıq dövlət tərəfindən də cəzalandırılacaq”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən aktrisa Ramiz Məliki məhkəməyə verib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.

Xəbər lenti