"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." Kamil Zeynallı ilə MÜSAHİBƏ

1057
"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." Kamil Zeynallı ilə MÜSAHİBƏ

Bu həftə Xanim.az saytının müsahibi tanınmış idmançı, fitnes müəllimi Kamil Zeynallıdır.

- Xoş gördük Kamil, xoş gəlmisən. Hazırsansa müsahibəmizə başlayaq.

- Xoş gördük. Həmişə xoş günlərdə görüşək. Əlbəttə hazıram başlayaq.

- Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?

- Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam. Keçən gün məclislərin birində əlimdə çörək yediyim fotonu paylşamışdım. Əlavə etmişdim ki, çörək verən insanı unutmaq olmaz. Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətdə çəkinmədən adını çəkərək fəxrlə deyirəm ki, bu insan mənə kömək etdi, cibimə pul qoydu. Tamaşaçılardan heç nəyi gizlətmədim, kiməmsə o da oldum. İdman sahəsinə ilk olaraq, "Olimpik star"da başladım. Həm məkan məni tanıtdı, həm də mən məkanı tanıtdım. İlk dəfə aparıcılar Vüsalə Əlizadə ilə Azərin verlişində tamaşaçıları qarşısına çıxdım. İşlədiyim məkan həmin verilişin sponsoru idi. Mən də fitness zalda məşqçi kimi fəaliyyət göstərirdim. Efirə verilməli çox şey olduğu üçün cəmi 3-5 saniyəlik kardrda məni verirdilər. Uşaq kimi elə sevinirdim ki, rayondakı bütün qohumlara zəng edib deyirdim ki, mənə baxsınlar. (gülür). Hamı da mənə uğurlar arzu edirdi.

- Bəs, ilk dəfə hansı məşhurla dostluğunuz yarandı?

- İlk dəfə, aparıcı Samir Bayramlı ilə tanış olduq. Oturduq, söhbətləşdik. Onun da həmin vaxtlar "Bizdən sizə" verilişi var idi. Məşhurları gətirirdi, həmin zalda məşq elətdirirdi, maraqlı süjet yayımlanırdı. Daha sonra isə, "Səhər" verilişinin aparıcısı Anarla tanış oldum. O da səhər-səhər məni çəkib efirə verirdi. Belə-belə Kamil Zeynallı tanınmağa başladı. Tanınmağımda başlıca rolu isə Toppuş bacının (Əməkdar artist Tünzalə Əliyeva) böyük rolu olub. Gəldi mənim yanıma arıqlamağa, pəhrizlə yanaşı 67 kilo çəki atmışdı. 173 kilodan 106 kiloya düşmüşdü. Hər zaman da efirdə mənim adımı və dietoloqunun adını qeyd edirdi. Efirə dəvətlərim artmağa başlamışdı. Zaurun "Yağ kimi" verlişində iştirak etdim. Qalib oldum, min manat pul və verilişin sponsoru olan xəz-dəri satış mərkəzindən papaq verdilər. Həmin verilişdə anam da iştirak etdi və o da qalib oldu. Anam da eyni xəz-dəri şirkətindən kürk qazandı. Gülaya elçi gedəndə elə qazandığımız hədiyyələri xonçaya qoyub apardıq (gülür).

"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." - Kamil Zeynallı ilə qalmaqallı MÜSAHİBƏ- Qalmaqaldan çəkinən, amma tez-tez qalmaqal yaşayan biri kimi tanıyıram sizi. Bu nədən irəli gəlir, adınız həmişə qalmaqallarda hallanır?

- İndiyə kimi etdiyim heç bir hərəkətə görə peşman olmamışam. Hətta fikirləşirəm ki, az eləmişəm, gərək elə adamlara daha çoxunu edərdim. Mənə görə, anam da , həyat yoldaşım da pis olur. Bir az ona heyfsilənirəm ki, əsəblərim korlanır, ailəm üzülür. Bu sözümü xahiş edirəm, mütləq qeyd edin. O sosial şəbəkələrdə mənə artıq-əskik şərh yazan "ditdililəri", "sərçələri" axtarıram. Bir kişi axtarıram ki, çıxsın mənim qabağıma. Onlar normal kişi olsalar, gəlib mənim üzümə söz deyərlər. Mən bir dənə ondan şübhələnirəm ki, bu belə oğlanlar gələcəkdə ailələrini necə qoruyacaqlar? Heyf ki, Azərbaycanda internet arxasında oğlanlıqdan, kişilikdən xəbəri olmayan çox adam var. Sabah müharibə olsa, normal kişilər əlində silah, belələri isə monitor götürüb gedəcək (gülür). Deyirlər ki, pozğunluq artır, üzr istəyirəm, fahişəlik artır. Bilirsiz, bunun 80%-i o sosial şəbəkədə ona-buna söyüş yazmağa başı qarışan adamların ailəsidir. Onlar o diqqəti öz ailəsinə yönəltsə, bunun qarşısı alınar. Bu qədər adamları söyürəm, bir dənəsi çıxıb üzbəüz gəlmir. Əsl qeyrətli kişi kiməsə söyüş yazmaz. Mənim də çox adamdan xoşum, bu o demək deyil ki, təhqir etməliyəm, söyüş yazmalıyam. Nə eləmişəmsə yaxşı eləmişəm, əcəb eləmişəm. Bu sözlərim bəzi insanları qıcıqlandırır deyə, yenə də deyirəm əcəb eləmişəm. Allah can sağlığı versin, yenə eləyəcəm.

- Bilirəm ki, ailənizi mediadan gizlətməyə çalışan məşhurlardansız. Amma izləyiclərimizə sənətiniz qədər ailəniz də maraqlıdır. Gülayla tanışlıq haradan başladı?

"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." - Kamil Zeynallı ilə MÜSAHİBƏ

- Biz hər ikimiz Göyçaylıyıq. O tez-tez Göyçaya, qohumlarıgilə gəlirdi. Ordakı evimiz üzbəüzdü. Ənvər adlı kişi var idi, Gülay onun qohumu idi. O vaxtı həmin Ənvər kişi yanacaq qaz ustası idi, hamı ona "Qaz Ənvər" deyirdi (gülür). Gəlib-gedirdi ora. Mən də uşaq idim. Uşaqlıqda olur axı diqqət, sevgi... Həmişə istəyirdim yaxınlıq edim, amma alınmırdı. Yaxınlaşa bilmirdim, çünki anası həmişə yanında olurdu. Sonralar anamla əlaqə yaratdılar, danışırdılar. 2009-cu ildə mən verilişdə qalib olandan sonra anamdan nömrəmi aldı, Gülay məni təbrik elədi. 2010-cu ildə nişanlandıq, elə həmin il də toyumuz oldu. Bunu ilk dəfə olaraq deyirəm, ilk dəfə klipi Gülaya mən çəkdirmişəm. Bu "Yandım, elə yandım" mahnısına çəkdiyimiz ilk klip idi. Özüm elə o klipdə rol almışam. Martın səkkizi elçi getmək istəyirdim, kilipi də xonçaya qoyub apardıq.

- Müşahidə etmişəm ki, Gülayı "İnstagram"da nə izləyirsiz, nə də onunla birgə fotolar paylaşırsız. Amma Gülayın özünün şəxsi hesabı var və təbii ki, fotolar da paylaşır. Sizin onu gizlətməyinizə səbəb nədir bəs?

- Doğru qeyd edirsiz. Neçə aydır ki, heç Gülayın da şəkil paylaşmağına icazə vermirəm. Şərh yerini bağlayanda da maraq olmur. Adama maraqlı olan elə fotolara gələn şərhlərdir. Bu aralar çox söz-söhbətlər yayıldı ki, guya biz ayrılmışıq. Nə var ki, "İnstagram"da şəkil paylaşmırıq. Toylara gedəndə elə olub ki, eyni vaxta düşüb. Məcbur olub ayrı-ayrı getmişik. Yenə də xəbər yaymağa başlayırlar ki, Gülayla Kamil boşanıblar. Gülayın "İnstagram" hesabında hamsı xanımdır. O qadın adıyla girən "kişicikləri" çıxmaq şərti ilə...

- Sizin diqqətinizin Gülayın üzərində çoxdur, yoxsa əksinə?

- Hər ikimiz bir-birimizə qarşı çox diqqətliyik. Gün ərzində ən azı 10 dəfə zəngləşirik. Kişinin baxışı fərqlidir, qadının baxışı fərqli. Ortada ortaq olan qısqanclıqdır.
"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." - Kamil Zeynallı ilə qalmaqallı MÜSAHİBƏ- Gülayla müsahibəm zamanı "Kamili qısqanırsanmı" deyə sual verdim. Cavabında "Ona güvənirəm, xeyr qısqanmıram" dedi. Nə dərəcədə doğrudur Gülayın bu fikri?

- Söz olaraq deyə bilər. Gülay da, mən də bir-birmizi qısqanırıq. Bir dəfə zaldan qızlarla idman edərkən video paylaşdım. Az keçmədi ki, Gülay zəng elədi, təkidlə o videonu silməyimi istədi. Hər ailədə olduğu kimi son sözü kim deyir?! –"arvad deyir belə olmalıdı deyirik baş üstə" (Gülürük)

- Ailəvi dost olduğunuz məşhur varmı?

- Bəli, klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə ailəvi yaxınıq. Hüseyn Məmmədoğlu demişkən, bu yaxında Elariz Məmmədoğlu ilə açıq-saçıq videosu yayıldığını yəqin ki, bilirsiz. İrad, tənqid ya bununla bağlı ona nəsə fikir bildirdinizmi?
"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." - Kamil Zeynallı ilə qalmaqallı MÜSAHİBƏ- Onu demərəm, ona görə ki, elə macərə olur. Deyib-gülməkçün nəsə olubsa buna mən qarışmaram. Mən də dostlarımla təyyarədə kefimə düşdü paket partlatdım. Belə şeylər hər kəsin həyatında baş verə biləcək macərəlardır. Sadəcə biz göz qabağındayıq deyə, belə hallar qabarıq hiss edilir.

- Siz "Limak" fitness zalla yanaşı, eyni adda turizm şirkəti də işlədirsiz. Hansının gəliri daha çoxdur?

- "Limak" mənim adımının tərsidir. Turizm şirkəti isə mənim deyil. Sadəcə bu adın qarşılığanda mənə ödəniş edilirdi və mən də onu reklam edirdim.

- Deyə bilərsiz nə qədər pul alırdız?

- Bəli, aya 2 min azn.

- İnstagramdan reklam kimi də istifadə edirsiz?

- Bəli, edirəm. Bir paylaşım 500-1000 azn arasıdır. Özüm belə qiymət qoyuram ki, heç kim razılaşmasın.
"Bu qədər adamları söyürəm, bir dənəsi qabağıma çıxıb..." - Kamil Zeynallı ilə qalmaqallı MÜSAHİBƏ- İdmaçılardan Anar Heydərovla yaxın münasibətdə olduğunuz hiss edilirdi. Qalmaqallarınızda hər zaman sosial şəbəkə üzərindən də olsa dəstək olurdu. Son zamanlar nədənsə bu hiss olunmur. Aranızda nəsə baş verib?

- Bəli, Anar özü mənim haqqımda axtarışdadır. Qoy, oxusun bu sözlərimi elə sizin vasitənizlə. Girib mənim səhifəmdə gizlin axtarış eləyir, bilirəm xəbərim var hamısından. Anar idmanda bu yerə gəlməyinə görə mənə borcludur. O bunu dana bilməz. Keçmişini danan kişi deyil. Ailəvicə münasibətimiz yaxşı idi, amma indi qətiyyən elə deyil. 100%-lik münasibətin 99%-i yoxdur.

-Bəs münasibətinizin pozulmasına səbəb nədir?

- Şəxsi məsələdir. Anarın öz səhvi ucbatından baş verib.

-Kamil Zeynallının Azərbaycandan getmək fikri var?

- Əsla, gedərəm, ancaq gəzmək üçün. Ailəmsiz, uşağımsız heç yerdə qala bilmərəm. Ailəmlə Hindistanın kəndində də olsa gedib qalaram. (Gülürük) Amma, hər yerə gəzməyə gedərəm, mənə görə yaşamaq üçün Azərbaycandan gözəl yer yoxdur .
-Gülayı nə zamansa səhnədən uzaqlaşdırmaq fikriniz var?
- Yox, heç vaxt. Elə bir fikrim olmayıb. Əksinə mən onunla fəxr edirəm.
"Porsche"-ni Gülaya nə zaman almısız və neçəyə?
- Mən ailəmə, qızıma, anama sürpriz etməyi çox xoşlayıram. Bu yaxınlarda təxmini 2 ay bundan qabaq Gülay dövlət tədbirinə B.Ə.Ə –nə getdi. O gedəndə maşını dəyişmək istəyirdi, birinci öz maşınımı dəyişdim. Çeşidlər çox idi deyə, gözlədim özü gəlsin bir yerdə seçək. Amma, elə oldu ki, köhnə maşını satdım bu "Porchen"i 64 min dollara aldım.
-Qızınızla bağlı planlarınız nədir?

- Qızım hazırda baxçaya gedir. Rus bölməsi üzrə təhsil alır. İstəyimiz yalnız onu tərbiyəli, təhsilli yetişdirməkdir. Gələcəyi zaman göstərər.

- Deyirlər idmaçılar protein içib özlərini "şişirdirlər"? Siz də onlardansız?

- Bəli, mən həmişə protein içmişəm, içəcəm də. Bircə Azərbaycandadır ki, proteindən belə qorxurlar. İçi mənim anam qarışıq. "Vid"siz, fasonsuz elə kökəlməkdənsə, protein içib səliqəli kökəlmək daha yaxşıdır. Vaxtı-vaxtında qidalanmaq həmişə mümkün deyil. Ona görə də, idmanla məşğul olan adamlar orqanizmi sığortalamalıdır. Protein də vitaminlərlə bədəni zənginləşdirir. Bütün qidaların tərkibində protein var. Heç bir ziyanı yoxdur. Protein şişirtmir. Onun tərkibində ət, balıq vitaminlə zəngin olan məhsullardır. Mən proteinlərlə yanaşı "Propolis" şirkətinin istehsalı olan İdmançı yeməyindən istifadə edirəm. Bu qida sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanmış, enerjini bərpa edən, metabolizmi sürətləndirən, mineral-vitamin balansı qoruyan, müqaviməti artıran məhsuldur. Sümük-əzələ sisteminin inkişaf dövründə orqanizmə lazım olan mikroelementlərlə zəngindir. Əzələ kütləsini bərpa edir və sərbəst radikalların orqanizmdən çıxmasına şərait yaradır.

Kamil bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Maraqlı müsahibə alındı.

-Mən sizə və timsalınızda bütün kollektivinizə təşəkkür edirəm və hər birinizə uğurlar arzu edirəm.

Qeyd edək ki, "Prapolis" şirkətinin istehsalı olan idmançı yeməyini Sebet.az saytından və 055 239 54 49 nömrəsi ilə əlaqə saxlayıb əldə edə bilərsiniz.

Xəbər lenti