Dünən Space Tv-nin efirində yayımlanan “Sevimli Mahnı” verilişində musiqiçilər açılış musiqisi kimi erməni mahnısı ifa ediblər.
Fikrət Əmirov adına çıxarılan lakin erməni bəstəkar Ara Gevorkyanın “Artsax” mahnısı olub.
Space Tv-nin belə bir səhvə yol verməsi etirazlara səbəb olub. Aktyor Elnur Kərimov etirazını sosial media vasitəsilə edib. Məsələ ilə bağlı akytorun özü ilə əlaqə saxladıq. Elnur Kərimov bildirdi ki, musiqiçilərin belə bir şeyi bilməməsi yolverilməzdir.
“Məni yandıran odur ki, musiqiçilər bunu bilmir. Musiqiçi gərək öz sahəsində savadlı olsun. Sadəcə alətin ifa tərzini bilməklə iş bitmir. Sən gərək ifa etdiyin musiqinin tarixini də biləsən”.
-“Sözünüz birbaşa musiqiçilərədir? Bəs aparıcı da məsələyə diqqət etməli deyil?
-“Mikayıl sadəcə aparıcıdır. O aparıcılığını lazımınca edir. Bunu ifa edən musiqiçilər diqqət etməli idi. Bir də rəhbərlik fikir verməlidir bunlara. Düzdür. kanal rəhbərliyinə böyük hörmətim var, ancaq gərək belə məsələlərdə diqqətli olsunlar. Fikrət Əmirovun oğlu özü etiraf edir ki, bu əsər mənim atama məxsus deyil. Əmirovun bütün arxivi oğlundadır. Ondan yaxşı kim bilər ki? Amma biz israrla mahnınını Fikrət Əmirovun adına çıxarmağa çalışırıq”.
A24.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub