“Mən ümumiyyətlə bilmədim bu haqda söhbət olacaq. Çünki, mən heç bir xəbər portalına bu haqda müsahibə vermirəm. İndi gəlmişəm verilişə, məcburam cavab verim”.
Bu sözləri müğənni Təranə Qumral ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olarkən illərdir qalmaqal yaşadığı həmkarı müğənni Nazənin barəsində danışmağa başlayarkən deyib.
Belə ki, heç bir halda üzr istəmiyəcəyini bildirən Təranə, sona qədər sözünün üstündə duracağını qeyd edib:
“Mən dədəmin qızıyam, dədəm kişi olub. Məni assalar da, kəssələr də, həbs eləsələr də, ölkədən kənara buraxmasalar da üzr istəmiyəcəm. Qanun budur, bunu kəsiblər mənə, iki əlli razıyam. Mən doğrular üçün üzr istəmirəm. Həqiqəti demişəm, boynuma da alıram, sözümün üstündə də durmuşam və sözümün də ağasıyam. Nə olsun ki, bunu ona sübut edə bilməyiblər. Oturub adını da sayaram bir-bir, amma lazım deyil. Bunlar olub keçib artıq. Yenə deyirəm, əsəbi halda birini o deyib, birini də mən. İndi şəkilini də göstərərəm, adını da çəkərəm, nə bilim nə istəsəz edərəm, amma mən buna getmirəm. Cırmaqlayan onlardı. Gedib türmədə yataram, amma üzr istəmərəm”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub