Ökəmizin film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq. "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək.

Publika.az xəbər verir ki, uzun müddətdir anonsları yayımlanan kinonun soundtreki isə 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub. Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifası “Dəm” adlanır.
Qədim meyxana janrında olan “Dəm” mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib. “Dəm”in aranjimanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur.
Qeyd edək ki, mahnının klipi də artıq hazırdır. Klipin rejissoru Elrəng, operatoru isə Rauf Qurbanəliyevdir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub