Aktrisa Pınar Altuğ ötən gün avtomobil qəzası keçirən həyat yoldaşı Yağmur Atacan və 5 yaşlı qızı haqda məlumat verib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aktrisa hər iki ailə üzvünün yaxşı olduğunu bildirib. O, əri və qızının şəklini paylaşaraq yazıb:
"Dünən axşam qızım və ərim avtomobil qəzasına düşdü. Çox şükür həm ailəmin, həm də qarşı tərəfin sağlığı yerindədir. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bir daha göstərməsin".
Qeyd edək ki, ötən gün aktyor Y.Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən Yağmurun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.
Atacan və maşında olan 5 yaşlı qızı xəsarət almasa da, digər sürücü ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Qəzadan sonra açıqlama verən aktyor yoldan neçə dəfə şikayət etdiyini deyib:
"Mən 7 ildir ki, burada yaşayıram. Bu yolla bağlı 3 dəfə lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq. İnşaallah, bu bir siqnal olar. Digər sürücü də tez sağalar".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub