"Xəzər" telekanalında yayımlanan Zaur Kamalın "5/5" proqramında müğənnilər Sevil və Sevinc bacılarına banan yedizdirmək istəməsi etirazla qarşılanıb. Bacılar isə bunun efirə yaraşmadığını desə də, aparıcı fikrindən dönməyib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə qıcıq yaradan bu görüntüyə ilk olaraq müğənni Elnarə Xəlilovamünasibət bildirib. O, verilişi boykot etməyə çağırıb. İfaçı bu haqda fikrini instaqramda yazıb: “Abırınız tökülsün! Bəsdirin də camaatın əsəbi ilə oynadınız, bu millətin tərbiyəsini pozdunuz. Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil? Sənət adamlarından xahiş edirəm belə verilişləri boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən...”

Müğənni Günel Ələkbərova da həmkarı E. Xəlilovanın fikrini dəstəkləyib və Zaur Kamalı dırnaqarası aparıcı adlandırıb: “Yersiz zarafatlar edən bu Zaura biri dur desin. Verilişə gələn qonaqla istədiyi kimi davranır. Şit, yersiz zarafatlar edir, dəxlisiz atmacalar atır. Sən heç özünü apara bilmirsən, ay Zaur Kamal, o ki, qaldı veriliş aparasan. Sən özünü kim hesab edirsən, sənə bu haqqı kim verib?”


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub