Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti yenidən pisləşib.
Bu haqda sosial şəbəkədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə məlumat verib. O, rejissorun təcili əməliyyat ediləcəyini vurğulayıb:
"Bu gün çox pis xəbər aldım. Bir neçə gün öncə Şahin 3-cü kurs müalicəsinə başlayıb. Bu gün kimyaterapiyaya başlamaq üçün analiz götürdülər. Amma analizlərin cavabı ürəkaçıcı olmadı. Xəstəliyi yenidən qayıdıb. Leykosit və limfositlər normadan çox çıxıb. Həkimlər sabah sümük iliyindən analiz götürəcəklər. İnşallah, sümüyə keçməyib. Həkimlər deyirlər tez bir zamanda əməliyyat olunmalıdır. Xəstəliyin qayıtmasına görə şokdayam. Dua edin".
Şahin Zəkizadə qan xərçəngindən əziyyət çəkir.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub