Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova üzə çıxdı.
Mynews.az “ATV maqazin 10-larla”ya istinadən xəbər verir ki, sənətçinin qızı bundan sonra yeni görünüşü ilə səhnədə olacağını deyib:
“Bir ara çox kökəlmişdim, ancaq indi toparlanıram. İncəbel qız olmalıyam. Mən də, anam da həmişə pəhrizdəyik. Azərbaycan və italyan mətbəxi üçün ürəyim gedir. Amma hər ikisində də xəmir xörəkləri üstünlük təşkil edir. Hamısına qadağa qoymuşam özümə.
Xalq artistinin qızı Azərbaycanın estrada müğənnilərini dinləmədiyini deyib:
"Zövqümü korlamaq istəmirəm deyə çox mahnılara qulaq asmıram. Estrada müğənnilərimizin mahnılarını dinləmirəm. Dünya musiqisini, xalq mahnılarımızı, muğamı dinləyirəm. Azərbaycan pop musiqisi deyəndə ağlıma Aygün Kazımova və onun “Sus” mahnısı gəlir”.
İlqarə “Sənsizəm” adlı yeni mahnısını da təqdim edib:
“Axır ki, mən də mahnımı tapdım. Mahnını Muxtar yazıb. Ürəklə oxumuşam. Hiss edəcəklər ki, İlqarənin daxili dünyası necə dəyişib. Artıq 27 yaşım var, böyümüşəm”.
İlqarə səsinin anasının səsinə oxşamasına da münasibət bildirib:
“Səslərimiz anamın illər öncə səhnəyə ilk addımlarını atdığı vaxtlardakı səsinə oxşayır. Çox adam istəyir, anam kimi oxusun, amma alınmır. Təkcə qızında alınır. İçərimdə musiqini dəlicəsinə sevən başqa İlqarə var”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub