Rusiyanın məşhur azərbaycanlı müğənnisi, bəstəkar Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edib.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sənətçinin musiqili gecəsi Heydər Əliyev Sarayında baş tutub.
Sarayın səhnəsində xüsusi dekorasiya və işıqlar quraşdırıldığı diqqətdən yayınmayıb. Emin daha sonra pərəstişkarlarının qarşısına çıxaraq hitlərini səsləndirməyə başlayıb.
Pop ulduzun ilk ifasında zala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladlığa götürdüyü Əminə daxil olub. Sənətçi bundan sonra bütün tamaşaçıları salamlayıb, L. Əliyevaya konsertə gəldiyi üçün xüsusi minnətdarlığını bildirib.
Konsert maraqlı məqamlarla yadda qalıb. Bundan əlavə, Emin Bayram adlı şəxsi səhnəyə dəvət edərək onun balaca bir sürprizinin olduğunu söyləyib. Gənc əlində gül dəstəsi ilə Ağalarovun yanına gəlib və sevdiyi qızı səhnəyə çağırıb. Daha sonra Bayram xanıma evlilik təklifi edib. Emin isə onlara xoşbəxtlik diləyib.
Ağalarov konsertdə məşhur mahnısı olan “Woman”i qızı Əminə üçün ifa edəcəyini bildirib: “Burada çox gözəl xanımlar var. Burada əyləşən kişiləri başa düşürəm. Onlar yanındakı xanımların təkidi ilə konsertə gəliblər. İndi oxuyacağım mahnını bütün xanımlara həsr edirəm. Ancaq etiraf edim ki, bəstəni birinci Əminə üçün oxuyacağam”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub