Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Rəqsanənin qızı Aysun İsmayılova sürprizlə qarşılaşıb.
Milli.Az xəbər verir ki, müğənniliyə başlayan Aysun üçün studiyaya qızılgül dəstəsi gəlib.
Aparıcı Elgiz "Buradan sevgi qoxusu gəlir" sözləri ilə Aysuna üzünü tutub. Rəqsanənin 20 yaşlı qızı "Düzü, bilmirdim verilişə gül gələcək. Dostlarımın çoxu bilirdi mən bu gün efirdəyəm. Ola bilsin dostlarımdan kimsə göndərib. Hər kim göndəribsə, təşəkkür edirəm. Sevgi haqqında hələ ki, düşünmürəm" cavabını verib.
Daha sonra aparıcı Ekgiz Əkbər "Bir ara eşitdim ki, Rəqsanə toy etməyə hazırlaşır" deyə Aysuna müraciət edib.
Aysunun cavabını təqdim edirik:
"Mən bu haqda heç harda danışmamışam. Haqqımda çox yerdə danışıblar ki, guya bunu mən etmişəm. Mən nişanlı olmamışam. Bəli, Türkiyə vətəndaşı ilə öz aramızda sadəcə evlilik təklifi olub, üzük taxmışıq. Hər şeyin əvvəli olduğu kimi, sonu da olur. Münasibətimiz 2 il çəkdi. Xasiyyətimiz tutmadığı üçün ayrıldıq".

1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub