Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan “Günə son” proqramına danışıb.
Sevincini gizlətməyən əməkdar artist sözlərini bu cür ifadə edib:
“Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildir, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar”.
Daha sonra gənc müğənni azadlığa çıxdıqdan sonra fikirlərini ilk dəfə “Günə son” proqramına bölüşüb:
“1 ay qalmışdı çıxmağıma. Ədliyyə işçiləri sağ olsunlar. Şəxsən Rauf müəllim sağ olsun. Atamın sənətinə, incəsənətə hörmət edən insanlardı. O insan özü dedi ki, istəyirəm Rəhman müəllimə sürpriz edim. Heç nə demə, məhkəmənin qərarı ilə səni buraxıram. Axşam tərəfi də gəldim. Heç özüm də gözləmirdim”.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub